NTV xəbər verir ki, ekokönüllülərin iştirakı ilə Naxçıvan şəhərindəki Sahil Parkının kənarında, Naxçıvançay çayının vadisi ətrafında keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər iştirak ediblər.
Aksiya zamanı ərazi ümumilikdə 150 kiloqramdan artıq tullantıdan təmizlənib.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli yanaşmanın təşviqi və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.
