satellite   Azerspace-1: 11135 H 30000

FHN: Ötən həftə ərzində 172 yanğına çıxış olub, 9 nəfərin meyiti təhvil verilib

FHN: Ötən həftə ərzində 172 yanğına çıxış olub, 9 nəfərin meyiti təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 172 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 49 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 9 nəfərin meyiti təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM