satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək

Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək

Naxçıvan Muxtar Respublikasında (MR) üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi təşkil ediləcək.

NTV xəbər verir ki, üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi iyunun 18-19-da Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə Ordubad şəhərində keçiriləcək.

Tədbirin konqres hissəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri haqqında çıxış edəcəklər.

Festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri və birlik ruhu ön planda olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM