satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 % açılıb

Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 % açılıb

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 2026-cı ilin ilk üç ay ərzində qeydə alınmış 7 738 cinayətin 90,1 %-i açılıb.

NTV xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub.

Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM