Azərbaycanda beşdən çox uşağı olan qadınlara müavinət alan şəxslərin sayı isə 2939 nəfərdir.
Bu barədə NTV-yə sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edək ki, qanunvericiliyə görə, müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara - uşaqların sağ olması şərti ilə - bu hüququn yaranmasına səbəb olmuş uşaq 1 yaşına çatdıqda təyin olunur.
Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.
