Naxçıvanda xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.
NTV xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Rəşmiləşdirmə mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.
Görüşdə gömrük əməkdaşları tərəfindən əqli mülkiyyət hüququnun müdafiəsi, pirat və kontrafakt mallar, gömrük nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilən hüquqpozma faktları və digər mövzularla bağlı ətraflı məlumat verilib, biznes subyektlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
