satellite   Azerspace-1: 11135 H 30000

Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq

Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq

Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) NTV-yə bildirilib ki, layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Ətraflı: https://www.youtube.com/watch?v=jcV4LPD124Q

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM