satellite   Azerspace-1: 11135 H 30000

Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq

Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq

NTV xəbər verir ki, aprelin 24-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 35/10 kV-luq “Karyer” və 35/10 kV-luq “Qızılvəng” yarımstansiyalarında təmir işləri ilə əlaqədar enerji verilişi dayandırılacaq.
Nəticədə Karyerlər, Asfalt zavodu və Cahan Beton ərazilərində saat 11:00-dan 13:30-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, həyata keçirilən tədbirlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədi daşıyır. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM