satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sürətli fiber-optik internet şəbəkəsinin əhatəsinin genişləndirilməsinə başlanılıb - FOTOLAR

Naxçıvanda sürətli fiber-optik internet şəbəkəsinin əhatəsinin genişləndirilməsinə başlanılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda sürətli fiber-optik internet şəbəkəsinin əhatəsinin genişləndirilməsinə başlanılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda sürətli fiber-optik internet şəbəkəsinin əhatəsinin genişləndirilməsinə başlanılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda sürətli fiber-optik internet şəbəkəsinin əhatəsinin genişləndirilməsinə başlanılıb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən internet infrastrukturunun gücləndirilməsi istiqamətində növbəti mərhələyə start verilib.

Belə ki, Naxçıvan şəhərinin müxtəlif ərazilərində GPON texnologiyası əsasında yeni internet xətlərinin çəkilişi məqsədilə fiber-optik kabellərin quraşdırılmasına başlanılıb. Layihə çərçivəsində bir sıra küçə və yaşayış massivlərini əhatə edən binalar üzrə işlər həyata keçirilir.

Çəkiliş işlərinin aparıldığı ünvanlar sırasında Heydər Əliyev prospekti, Atatürk küçəsi, Qoçüstü və Çənlibel məhəllələri, Həsən Əliyev və İstiqlal küçələri, Nizami küçəsi və digər ərazilər yer alır.

Həyata keçirilən bu layihə əhalinin yüksək sürətli və dayanıqlı internet xidmətlərinə çıxış imkanlarını genişləndirməklə yanaşı, rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəkdir. 

Eyni zamanda, yeni şəbəkə üzrə abonentlərə sərfəli və əlçatan internet tariflərinin təqdim olunması da nəzərdə tutulur.

Növbəti mərhələlərdə layihənin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Belə ki, Naxçıvan şəhəri ilə yanaşı digər rayon mərkəzləri, həmçinin bütün kənd və qəsəbələr daxil olmaqla, Muxtar Respublika ərazisində GPON şəbəkəsinin tam şəkildə qurulması nəzərdə tutulur. Bu təşəbbüs region üzrə yüksək sürətli və dayanıqlı genişzolaqlı internet xidmətlərinin əlçatanlığını təmin etməyə yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM