satellite   Azerspace-1: 11135 H 30000

Şaiq Əliyev: Milli-mənəvi dəyərlərə sadiqlik siyasəti bu gün öz bəhrəsini verir

Şaiq Əliyev: Milli-mənəvi dəyərlərə sadiqlik siyasəti bu gün öz bəhrəsini verir

Bu gün biz qədim diyar olan Naxçıvan şəhərindəyik. Burada Türkiyənin müxtəlif vilayətlərindən, həmçinin Gürcüstandan gəlmiş soydaşlarımız – din xadimləri ilə birlikdəyik.

Bu gün bir daha şahid oluruq ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xaricdə yaşayan soydaşlarımızın milli, mənəvi və dini dəyərlərə sadiq qalmasına yönələn siyasət öz bəhrəsini verir. Bunun nəticəsidir ki, biz bu gün Naxçıvanda birlikdə ibadət edirik.

NTV xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Səbail rayonu Şəhidlər Məscidinin imamı Şaiq Əliyev deyib.

O qeyd edib ki, Naxçıvan şəhərində yerləşən Kazım Qarabəkir Paşa məscidi də qədim vəhdət rəmzlərindən biridir:"Bugünkü ziyarətlərdən sonra səfərin davamı olaraq sabah keçiriləcək konfransda da iştirak edəcəyik. Bu tədbirlər milli, mənəvi və dini dəyərlərimizin qorunmasına, həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın bu dəyərlərə daha sıx bağlanmasına xidmət edir".

"Ümid edirəm ki, belə tədbirlər böyük amalımıza töhfə verəcək və bu gün, eləcə də gələcəkdə keçirilən bütün görüşlər dövlət siyasətimizin və milli-mənəvi dəyərlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək"-deyə Şaiq Əliyev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM