NTV xəbər verir ki, mayın 6-da Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə Naxçıvan Baş Gömrük İdarəsində görüş keçirilib.
Görüşdə baş idarənin cari ilin müvafiq dövrü ərzində fəaliyyəti təhlil olunub, gömrük işinin səmərəliliyinin, vətəndaş və sahibkar məmnunluğunun daha da artırılmasının, sərhədkeçmə və rəmiləşdirilmə proseslərinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin görüş zamanı rəqəmsallaşmanın genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması, tranzit əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.
Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə təltif olunmuş Naxçıvan Baş Gömrük İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına təltiflər və fəxri fərmanlar təqdim edilib.
