Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan marafonun açılışı bu gün “Xəbər Marafonu” ilə başlayacaq.
NTV xəbər verir ki, saat 17:00-dan 20:00-dək canlı yayımlanacaq marafonda müxtəlif sahələri təmsil edən ziyalılar, media nümayəndələri və gənclər iştirak edəcəklər.
Verilişdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları, filoloqlar Zülfiyyə İsmayıl, Ramiz Qasımov və Elxan Yurdoğlu (Məmmədov), Ali Məclisin deputatı Təhminə Babayeva, filologiya üzrə professor Sədaqət Həsənova, Naxçıvan televiziyasının əməkdaşları Təranə Arifqızı, Əhməd Əhmədov və Anar Tağıyev, tələbə Yusif Mirzəzadə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Səadət Talıbova, həmçinin “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev çıxış edəcəklər.
Marafon çərçivəsində Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycançılıq ideologiyası, milli mətbuat və söz sənətinə verdiyi töhfələr, eləcə də müasir Azərbaycanın inkişafında oynadığı tarixi rol ətrafında müzakirələr aparılacaq.
