satellite   Azerspace-1: 11135 H 30000

Aygün Əliyeva: Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı diqqətəlayiqdir

Aygün Əliyeva: Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı diqqətəlayiqdir

Beynəlxalq təcrübə göstərir ki, ekoloji idarəetmə standartları effektiv institusional modellər kimi geniş tətbiq olunur. Eyni zamanda, ekoloji, sosial və korporativ idarəetmə yanaşmaları (ESG) getdikcə həm dövlət, həm də özəl sektorun qərarvermə proseslərinə inteqrasiya edilir və davamlılıq ölçüləbilən və hesabatlılığa əsaslanan idarəetmə çərçivəsinə çevrilir. Bu baxımdan Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı xüsusi diqqətəlayiqdir.

NTV xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı bildirib.

“Həmin standart qlobal yanaşmaları yerli icra mexanizmləri ilə birləşdirməyi və davamlılığı praktiki idarəetmə və əməliyyat proseslərinə inteqrasiya etməyi hədəfləyir. Onun əsas üstünlüyü yalnız nəzəri konsepsiya deyil, həm də ölçülə bilən və tətbiq oluna bilən idarəetmə aləti kimi hazırlanmasındadır", - deyə Aygün Əliyeva diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM