satellite   Azerspace-1: 11135 H 30000

Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb

Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən 63 yaşlı Valeh Şükürov saxlanılıb.

Bu barədə  NTV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 251 ədəd çətənə bitkisi, eləcə də marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. V.Şükürov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM