satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ovni Muradovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təsdiq edilməsi haqqında qərarını diqqətə çatdırıb. Baş nazir Ovni Muradovu yeni vəzifəyə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxışında dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinin Naxçıvanda təhsil siyasətinin həyata keçirilməsində əsas istiqamət kimi müəyyənləşdirildiyini bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, təhsil sahəsində gənc və perspektivli müəllimlərin fəaliyyətinə şərait yaradılması ilə yanaşı, uzun illər pedaqoji sahədə çalışan təcrübəli müəllimlərin bilik və təcrübəsindən səmərəli istifadə olunması da mühüm əhəmiyyət daşıyır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim nüfuzunun artırılması və şagirdlərin müasir tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsi istiqamətində tədbirlər bundan sonra da davam etdirilməlidir. Vurğulanıb ki, həyata keçirilən bütün tədbirlərin mərkəzində vətəndaş məmnunluğu, ədalət və keyfiyyət prinsipləri dayanmalıdır. Təhsil sahəsində qarşıya qoyulan vəzifələrin ardıcıl və səmərəli şəkildə həyata keçirilməsi üçün məsuliyyətli və peşəkar idarəetmə xüsusi əhəmiyyət daşıyır. Ceyhun Cəlilov Ovni Muradov yeni vəzifəyə təsdiq olunması münasibətilə təbrik edib, təhsil sahəsində həyata keçirilən tədbirlərin bundan sonra uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Təhsil naziri Ovni Muradov göstərilən etimada görə təşəkkürünü bildirib. O, çıxışında cənab Prezidentin müəyyən etdiyi təhsil siyasətinin əsas istiqamətlərini, təhsilin millətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında həyata keçirilməsi üçün səylə çalışacağını bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:27 28.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM