Rusiya ordusunun son 1 sutka ərzində Ukraynanın Kiyev vilayətinə endirdiyi intensiv hava zərbələri nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib, ölənlər var.
NTV xəbər verir ki, Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” səhifəsində yazıb ki, Rusiyanın dron hücumları nəticəsində 3 mülki şəxs həlak olub, 21 mülki obyektə ziyan dəyib.
Kiyevin Brovarı rayonunda 2 anbar və 2 inzibati bina, Buça rayonunda fərdi ev, bazar və 6 nəqliyyat vasitəsi, Fastiv rayonunda sənaye müəssisəsi və 6 nəqliyyat vasitəsi, Borispil rayonunda 1 nəqliyyat vasitəsi, Belotserkovsk rayonunda kənd təsərrüfatı müəssisəsi və 1 binada dağıntılar qeydə alınıb.
