satellite   Azerspace-1: 11135 H 30000

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

İordaniyanın “əl-Dustur” qəzetində, həmçinin geniş oxucu auditoriyasına malik “Ammon News”, “Jordan Daily”, “əl-Ğad”, “Nayrouz” (ərəb və ingilis dillərində) və “əl-Bələd News” xəbər portallarında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalələr dərc olunub.

NTV xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfiri səfir Şahin Abdullayevin müəllifi olduğu məqalələrdə 27 Sentyabr – Anım Gününün Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Yazılarda bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks tədbirlərə başlayıb.

Məqalələrdə 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasına və uzun illər davam edən işğala son qoyulmasına şərait yaratdığı qeyd olunub. Müharibənin ağır itkilərlə müşayiət olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, sentyabrın 27-si hər il Anım Günü kimi qeyd edilir və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad olunur.

Materiallarda 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatından sonra Azərbaycanın bütün ərazisi üzərində suverenliyini tam təmin etdiyi bildirilib.

Azərbaycanın müharibədən sonrakı dövrdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlara da diqqət çəkilib. Bu xüsusda 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin mətninin paraflanması qeyd olunub.

İordaniya mətbuatında, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə yer verilib.

Materiallarda Azərbaycanın enerji və nəqliyyat sahələrində artan roluna da diqqət yetirilib. Azərbaycanın təbii qazını 16 dövlətə ixrac etdiyi, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi istiqamətində fəal fəaliyyət göstərdiyi qeyd olunub.

Ümumilikdə, dərc olunmuş məqalələrdə 27 Sentyabr – Anım Gününün Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğu, bu tarixin şəhidlərin xatirəsinin yad edilməsi ilə yanaşı, ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə bağlı əldə olunmuş nəticələrin xatırlandığı əlamətdar gün kimi qeyd edildiyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM