satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək

Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

NTV xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, səfər zamanı Türkiyə-BƏƏ münasibətləri, Körfəz regionundakı vəziyyət, Hörmüz və Bab-əl-Məndəb boğazlarında naviqasiya təhlükəsizliyi, eləcə də Qəzza və Yəmənlə bağlı regional məsələlər müzakirə olunacaq.

Görüşlərdə Türkiyənin BƏƏ ilə həmrəylik nümayiş etdirdiyi, münaqişələrin həllində kənar müdaxilələr əvəzinə, regional təşəbbüslərin gücləndirilməsinin vacibliyi vurğulanacaq.

Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinə keçid, humanitar vəziyyətin yaxşılaşdırılması və yenidənqurma işlərinə başlanması da müzakirə mövzuları arasında olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM