satellite   Azerspace-1: 11135 H 30000

Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTOLAR

Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub<font color=red> - FOTOLAR</font> Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub<font color=red> - FOTOLAR</font> Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub<font color=red> - FOTOLAR</font> Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub<font color=red> - FOTOLAR</font> Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub<font color=red> - FOTOLAR</font>

27 Sentyabr - Anım Günü ilə əlaqədar Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.

Bu barədə NTV-yə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayolarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub. Qeyd olunub ki, Azərbaycan xalqı Vətən müharibəsində və digər döyüşlərdə şəhid olan qəhrəman övladlarının xatirəsini daim uca tutur. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycanın tarixinə əbədi həkk olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM