satellite   Azerspace-1: 11135 H 30000

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı həlak olan hərbçilərin lazımi avadanlıqla, o cümlədən xilasetmə jiletləri ilə təmin olunmadığını bildirib.

NTV xəbər verir ki, Tokayev Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsləri ilə görüşündə təlimlərin təşkili, hərbçilərin təchizatı və təhlükəsizlik tədbirlərinin araşdırılmasını tapşırıb.

Qeyd edək ki, sentyabrın 24-də Manqistau vilayətində keçirilən “Xəzər Korqanı-2026” təlimləri zamanı 17 hərbçi “Kaisar” gəmisindən dənizə düşüb. Onlardan 3-ü xilas edilib, 14-ü isə həlak olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:27 28.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM