İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb.
NTV xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau) yola düşən kanoedə dənizdə 11 gün keçirib.
Hazırda adaya iki yeni qrup istiqamət alır.
El-Yerro adasının təcili yardım xidmətinin məlumatına görə, "Salvamar Diphda" xilasetmə gəmisinin heyəti La-Restinqaya gələn ilk qrupu xilas edib. Kiçik qayığın sərnişinləri arasında Qərbi Afrika ölkələrinin - Seneqal, Qambiya, Mali, Qvineya-Bisau və Kot-d'İvuar vətəndaşları olub.
Bundan əlavə, "Guardamar Polimnia" gəmisi La-Restinqadan 65 kilometr aralıda başqa bir kanoedə olan təxminən 100 nəfərlik daha bir qrupu xilas edib.
