satellite   Azerspace-1: 11135 H 30000

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.

NTV xəbər verir ki, “HÜRKUŞ-II” Türkiyə Silahlı Qüvvələrində istifadə olunacaq ilk yerli istehsal olan pilotlu təyyarədir.

Təhvil mərasimi TUSAŞ-ın Ankaradakı müəssisələrində baş tutub.

Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Departamenti bildirib ki, TUSAŞ ilə razılaşdırılmış layihə çərçivəsində ümumilikdə 55 ədəd “HÜRKUŞ-II” təyyarəsi istehsal olunacaq.

Bu il Türkiyə Hərbi Hava Qüvvələrinə əlavə on təyyarə təhvil veriləcək, qalan 43 təyyarənin isə 2028-ci ilin sonuna qədər tədarük olunması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:27 28.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM