satellite   Azerspace-1: 11135 H 30000

Oxçuçay üzərində yerləşən KSES-də istehsal edilən enerjinin həcmi açıqlanıb

Oxçuçay üzərində yerləşən KSES-də istehsal edilən enerjinin həcmi açıqlanıb

Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş "Cahangirbəyli" Kiçik Su Elektrik Stansiyası fəaliyyətə başladığı dövrdən bu ilin sentyabr ayınadək 45,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə NTV-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılması "yaşıl enerji"nin inkişafına, istixana effekti yaradan qazların emissiyasının azaltmasına, ətraf mühitin qorunmasına və təmiz şəhər mühitinin formalaşmasına mühüm töhfə verir.

Qeyd edək ki, "Cahangirbəyli" KSES 2023-cü ilin 28 sentyabrında istismara verilib. Ümumi gücü 10,5 MVt olan "Cahangirbəyli" KSES hər biri 5,25 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:27 28.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM