satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti  komitəsinin növbəti iclası keçirilib

NTV xəbər verir ki, iyunun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin ikinci oxunuşda olan “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda gündəlikdə duran məsələlərlə bağlı komitə sədri məlumat verdikdən sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM