satellite   Azerspace-1: 11135 H 30000

Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlanıb

Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatı keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən xəbərə görə, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar. Onlardan ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 195 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM