satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yük avtomobili iki piyadanı vurub

Naxçıvanda yük avtomobili iki piyadanı vurub

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

NTV xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, ağır yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı vurub.

Nəticədə 1995-ci il təvəllüdlü Həsənova Xəyalə Ağa qızı və 1995-ci il təvəllüdlü Tağızadə Hində Etibar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM