satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin ilk 6 ayında əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib

Bu ilin ilk 6 ayında əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cari ilin birinci yarımilində əlilliyi olan 7424 şəxsi 297 min reabilitasiya vasitəsi ilə təmin edib.

Bu barədə NTV agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan reabilitasiya vasitələrindən 666-sı təkərli oturacaq (o cümlədən 18-i mühərrikli təkərli oturacaq), 1133-ü aşağı və yuxarı ətraf protezi, 1805-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 3880 cüt protez və ortopedik ayaqqabı, 608 eşitmə aparatı, 127 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM