satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Türkiyə həm bölgə baxımından strateji əhəmiyyətli, həm də Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir.

NTV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da yayımlanan "Newsweek" jurnalının suallarını cavablandırarkən söyləyib.

O bildirib ki, Türkiyə, Asiya ilə Avropanı bir-birinə bağlayan Xəzər Keçidli Şərq-Qərb Orta Dəhlizinin qlobal logistika və ticarətdə daha böyük rol üzərinə götürməsini önəmsəyir:

"Eyni zamanda Bəsrə Körfəzini Türkiyə və Türkiyə üzərindən Avropaya bağlayacaq olan İnkişaf Yolu Layihəsini İraqla birlikdə həyata keçirir, bir tərəfdən də Suriya, İordaniya və Səudiyyə Ərəbistanına yeni bir dəmir yolu və avtomobil yolu bağlantısı baxışını ortaya qoyur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM