Azərbaycan maliyyələşmə mənbələrini İslam və digər dayanıqlı maliyyə alətləri ilə şaxələndirir.
NTV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması” mövzusunda panel sessiyada deyib.
“Biz iqtisadiyyat üçün mövcud maliyyələşdirmə imkanlarının dairəsini genişləndirmək üzərində işləyirik. İslam maliyyəsi, o cümlədən İslam bankçılığı və kapital bazarları beynəlxalq maliyyələşdirmənin cəlb edilməsi, Azərbaycanın daha geniş investor hovuzu ilə əlaqələndirilməsi üçün əlavə kanal təmin edə bilər”, – deyə T.Kazımov qeyd edib.
