satellite   Azerspace-1: 11135 H 30000

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 41 aylıq idxalı qarşılamağa kifayətdir

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 41 aylıq idxalı qarşılamağa kifayətdir

Azərbaycanın strateji valyuta ehtiyatları 41 aylıq idxalı qarşılamağa kifayətdir.

NTV xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması" mövzusunda panel sessiyada deyib.

T.Kazımov qeyd edib ki, manatın məzənnəsi 2017-ci ildən bəri sabit qalıb.

“Avqust ayının sonuna olan məlumata görə, Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyard dollar təşkil edib. Bu, illik ümumi daxili məhsulun dəyərindən çoxdur. Strateji ehtiyatlar həm də manatla geniş pul təklifindən 3,5 dəfə böyükdür. Xarici dövlət borcu ÜDM-in cəmi 6 faizi səviyyəsindədir”, – deyə Mərkəzi Bankın sədri qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM