satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ilə Pakistan arasında peşə hazırlığı sahəsində əməkdaşlıq genişləndiriləcək - FOTOLAR

Azərbaycan ilə Pakistan arasında peşə hazırlığı sahəsində əməkdaşlıq genişləndiriləcək<font color=red> - FOTOLAR</font> Azərbaycan ilə Pakistan arasında peşə hazırlığı sahəsində əməkdaşlıq genişləndiriləcək<font color=red> - FOTOLAR</font>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Pakistanın federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş olub.

Bu barədə NTV-yə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nazir müavini Hidayət Abdullayev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələrin genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Görüşdə əmək miqrasiyası, məşğulluq, peşə hazırlığı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Nazirliklər arasında peşə hazırlığı sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Vaciha Qəmər peşə hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı üçün geniş potensialın olduğunu, bu sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM