satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda işçilərin ezamiyyə qaydalarında dəyişiklik edilib

Azərbaycanda işçilərin ezamiyyə qaydalarında dəyişiklik edilib

Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib.

NTV xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.

Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.

Qeyd edək ki, Azərbaycanda işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM