Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər endokrinoloq tərəfindən 3 ayda 1 dəfə konsutasiya ediləcək.
NTV xəbər verir ki, bu barədə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (ocümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarında dəyişiklik edilib.
Əvvəlki qaydada bu müddət ayda 1 dəfə idi.
Dəyişikliyə əsasən, insulinə ehtiyacı olmayan xəstələr də 3 ayda 1 dəfə (əvvəl 2 ayda 1 dəfə idi) konsultasiyadan keçiriləcək. İnsulinə ehtiyacı olanlar isə əvvəlki qaydada da olduğu kimi, ayda 1 dəfə endokrinoloq konsultasiyasına cəlb olunacaq.
Həmçinin ümumi cərrah ildə 1 dəfə bütün tip şəkərli diabet xəstələrini konsultasiya edəcək.
