“Naxçıvan Könüllülərinin Birlik Həftəsi” yekunlaşdı - FOTOLAR

“Naxçıvan Könüllülərinin Birlik Həftəsi” yekunlaşdı<font color=red> - FOTOLAR</font> “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” yekunlaşdı<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən start verilən “Naxçıvan Könüllülərinin Birlik Həftəsi”nin yekununda mükafatlandırılanlar  il ərzində fəallıqları ilə seçilən gənclər olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev birliyin təntənəsi olan könüllülük hərəkatının ölkəmizdə yeni bir anlayış olmadığını, könüllülüyün müxtəlif formaları və əlamətlərinin hər zaman xalqımızın milli, mədəni dəyərlərində, adət-ənənələrində öz əksini tapdığını deyib.

Vurğulanıb ki, 2020-ci ilin ölkə Prezidenti  tərəfindən “Könüllülər ili” elan edilməsi isə bu hərəkatın miqyasını daha da genişləndirib.

Muxtar respublikamızda Gənclər Fondu könüllüləri, Sosial könüllülər, Ekologiya könüllüləri, Səyyari könüllülər, dövlət qulluğu könüllüləri, Turizm könüllüləri, Ədliyyə könüllüləri, Sədərək və Şahbuz könüllüləri qrupları uğurla fəaliyyət göstərir. 

Fondun icraçı direktoru könüllülərin diqqətinə çatdırıb ki, yeni ildən etibarən könüllü ictimai birliklər yaradılacaq və burada gənclərin fəaliyyəti aktiv şəkildə təmin ediləcək, onların təklif və layihələri reallaşdırılacaq.

Sonra çıxış edənlər  il ərzində könüllülərin iştirakı ilə baş tutan çoxsaylı tədbirlərdən daşıblar. Bildirilib ki, könüllülər ili bitsə də, könüllülük hərəkatı davam edəcək.

                                                              Rəmzi Tahirli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM