satellite   Azerspace-1: 11135 H 30000

DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub - FOTOLAR

DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub<font color=red> - FOTOLAR</font> DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub<font color=red> - FOTOLAR</font> DGK sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub<font color=red> - FOTOLAR</font>

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində görülən işlər, mövcud vəziyyətlə tanış olub, Azərbaycan-Türkiyə sərhədində yerləşən Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində idxal və ixrac nəzarət xətlərində prosedurların icrasını, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərini izləyib. Həmçinin əməliyyatların daha da asanlaşdırılması, beynəlxalq tranzitin sürətləndirilməsi, gömrük işinin səmərəliliyinin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında inşa edilən yük nəqliyyat vasitələrinin müvəqqəti dayanacaq məntəqəsindəki tikinti işlərinin gedişi ilə də tanış olan Komitə sədri müvafiq tapşırıq və tövsiyələrini verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM