Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi bərpa olunub.
Qeyd edək ki, Culfa rayonu ərazisində baş vermiş avtomobil qəzası ilə əlaqədar Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi saat 06:30-dan etibarən müvəqqəti dayandırılmışdı.
