satellite   Azerspace-1: 11135 H 30000

DGK kiberhücumlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

DGK kiberhücumlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Dövlət Gömrük Komitəsi (DGK) son zamanlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlara müraciət edib.

Naxçıvan televiziyası Komitəyə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Komitə rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır. Son vaxtlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlarımıza kiberdələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM