FHN əməkdaşları Kəngərlidə görüş keçirib

FHN əməkdaşları Kəngərlidə görüş keçirib

Qış aylarına yaxınlaşdıqca dəm qazından zəhərlənmə halları da gündəmə gəlir. Diqqətli olmalıyıq! Dəm qazından qorunmaq üçün isə mütləq bir sıra təlimatlara əməl etmək lazımdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yerlərdə olur, sözügedən təlimatlarla bağlı görüşlər keçirirlər. NUHÇIXA xəbər verir ki, növbəti maarifləndirici görüş Kəngərli rayonunda təşkil olunub.

Nazirliyin əməkdaşları yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə də fərdi evlərdə və ictimai yaşayış binalarında qızdırıcı elektrik və qaz cihazlarından istifadə qaydaları barədə məlumat verib.

Çıxış edənlər bildiriblər ki, qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən əhali arasında dəm qazından zəhərlənmə və boğulma hallarına rast gəlinir. Buna görə də təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir.

Nazirliyin əməkdaşları dəm qazına qarşı profilaktik tədbirlər, zəhərlənmənin ilkin əlamətləri, zəhərlənmə müşahidə olunan zaman zərərçəkənə göstəriləcək ilkin tibbi yardım, yanğın təhlükəsizliyi tədbirləri və digər zəruri təlimatlar barədə məlumat veriblər.

Görüş zamanı qaz cihazlarından istifadə qaydaları ilə bağlı videoçarx və slaydlar təqdim edilib.

Röyal Kərimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM