Naxçıvan Qaz İstismar Xidmətinin yeni ştatı təsdiqlənib

Naxçıvan Qaz İstismar Xidmətinin yeni ştatı təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov dekabrın 2-də “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli Fərmanında dəyişiklik edilməsi barədə  fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.  Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1.  Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin  işçilərinin say həddi cəmi 603 ştat vahidi olmaqla, Aparat üzrə 194 ştat vahidi, yerli idarələri üzrə 409 ştat vahidi həddində müəyyən edilsin.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1.  2-ci bəndə “satışı” sözündən sonra “, həmçinin qaz təsərrüfatı” sözləri əlavə edilsin və həmin bənddə  “dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır” sözləri “fəaliyyət göstərir” sözləri ilə əvəz edilsin;

2.2. 4-cü bənddən “digər” və “muxtar respublikada qeydiyyatdan keçən” sözləri çıxarılsın və həmin bəndə “qeyri-hökumət təşkilatları” sözlərindən sonra “, fiziki və hüquqi şəxslər” sözləri əlavə edilsin;

2.3. 6-cı bəndə “vəsait” sözündən sonra “, layihələr üçün ayrılmış qrant, Naxçıvan Muxtar Respublikasının büdcəsindən ayırmalar”  sözləri əlavə edilsin;

2.4. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

8.1. müvafiq sahədə dövlət siyasətinin formalaşması üçün təkliflər verir və bu siyasətin həyata keçirilməsinin təmin edilməsində iştirak edir;”;

2

2.5. 9.1-ci bənddə “hallarda normativ tənzimləməni həyata keçirmək” sözləri “normativ tənzimləmənin həyata keçirilməsində iştirak etmək” sözləri ilə əvəz edilsin;

2.6. 9.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.2. müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında  və həyata keçirilməsində istirak etmək;”;

2.7. 9.3-cü, 9.4-cü və 9.9-cu bəndlər ləğv edilsin;

2.8. 9.22-ci bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın;

2.9.  14-cü bənd üzrə:

2.9.1. birinci cümlədə “müavini” sözündən əvvəl “iki” sözü əlavə edilsin;

2.9.2. ikinci cümlədə “müavini” sözü “müavinləri” sözü ilə, “daşıyır” sözü “daşıyırlar” sözü ilə  əvəz edilsin;

2.10. 15.2-ci bənddə “müavinin” sözü “müavinlərinin” sözü ilə əvəz edilsin;

2.11. 15.4-cü bənddən “qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri çıxarılsın və həmin bəndə “aparatının” sözündən sonra “və” sözü, “qurumlarının” sözündən sonra isə “strukturunu” sözü əlavə edilsin;

2.12. 15.7-ci bəndə “nəzarət edir” sözlərindən sonra “, Xidmətin öz fəaliyyətini müstəqil yoxlaması üçün kənar auditlər cəlb edir” sözləri əlavə edilsin;

2.13. 16-cı bənddə “müavinindən” sözü “müavinlərindən” sözü ilə  əvəz edilsin;

2.14. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

“VI. Xidmətin ləğvi və yenidən təşkili

Xidmətin ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həyata keçirir.”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM