Naxçıvanda yeni salınan bağlarda minlərlə tut əkilib - VİDEO

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılıq və ipəkçilik inkişaf etdirilir. Təbii ki, bunun üçün ilk növbədə kifayət qədər yem ehtiyatı yaradılmalıdır. Bu məqsədlə Naxçıvanda geniş tut bağları salınır.

Bu gün Ordubad rayonunun Dəstə kəndində  ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyasının keçirilməsi də baramaçılıq və ipəkçiliyin inkişafına mühüm töhfədir. Yeni salınan bağda 1600 tut tingi əkilib.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM