satellite   Azerspace-1: 11135 H 30000

Bakıda keçiddən keçməyən piyadanı maşın vurub

Bakıda keçiddən keçməyən piyadanı maşın vurub

Bu gün günorta saatlarında Bakının Xətai rayonu, "8 Noyabr" prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Naxçıvan televiziyası-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edilib ki, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub.

NİİM-in müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM