satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda güclü zəlzələ baş verib - YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ baş verib<font color='red'> - YENİLƏNİB</font>

Xəzər dənizində zəlzələ olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

***

08:31

Azərbaycanda güclü zəlzələ baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, zəlzələ Bakı sakinləri tərəfindən hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM