satellite   Azerspace-1: 11135 H 30000

Seysmoloji Xidmət Mərkəzinin rəhbəri zəlzələyə görə əhaliyə çağırış edib

Seysmoloji Xidmət Mərkəzinin rəhbəri zəlzələyə görə əhaliyə çağırış edib

"Zəlzələyə görə təşvişə düşməyə ehtiyac yoxdur. Çünki bu gün baş verən zəlzələ güclü olmayıb".

Naxçıvan televiziyası xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qeydə alınan afterşoklar nəticəsində enerji boşalmaları gedib: "Bu da o deməkdir ki, yenidən həmin dərəcədə təkanlar gözlənilmir, günün sonuna qədər də azalmalar müşahidə olunacaq. Bu gün sadəcə bəzi ərazilərdə, əsas da çoxmərtəbəli yaşayış binalarında zəlzələ hiss olunub".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM