satellite   Azerspace-1: 11135 H 30000

Krasnoqorskda terrorun baş verdiyi konsert zalına basqın edilir

Krasnoqorskda terrorun baş verdiyi konsert zalına basqın edilir

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktından sonra güc strukturları əraziyə basqın həyata keçirirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı bildirib.

“VÇK-OQPU” teleqram kanalına görə, xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Eyni zamanda, "Baza"ya görə, hadisəni törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktında onlarla insan ölüb, yüzdən çox insan yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM