satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezident Ofisi: Terror aktı ilə əlaqəmiz yoxdur

Ukrayna Prezident Ofisi: Terror aktı ilə əlaqəmiz yoxdur

Rusiyanın Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı əlaqəmiz yoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak sosial şəbəkədə yazıb.

“Ukrayna heç vaxt terror metodlarına müraciət etməyib. Bu həmişə mənasızdır”, – o qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə terror hücumlarına müraciət edir, hətta keçmişdə “antiterror tədbirləri” adı altında “öz vətəndaşlarına həmlələr edib”.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM