satellite   Azerspace-1: 11135 H 30000

Rusiya kəşfiyyatı terrorla bağlı ABŞ-dən məlumat aldığını təsdiqləyib

Rusiya kəşfiyyatı terrorla bağlı ABŞ-dən məlumat aldığını təsdiqləyib

Rusiya xüsusi xidmət orqanları ABŞ-dən terror aktının hazırlanması barədə, həqiqətən məlumat alıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidmətlərindəki mənbə bildirib.

Qeyd olunub ki, bu məlumat ümumi xarakter daşıyıb: “Belə məlumatlar olub, amma konkret heç nə olmayıb”.

Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson (Adrienne Watson) cümə günü bildirib ki, mart ayında ABŞ hökuməti Moskvada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunub ki, bu terror aktı kütləvi toplantılar, o cümlədən konsert keçirilən ərazilərdə ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM