satellite   Azerspace-1: 11135 H 30000

“Crocus City Hall”ın sahibi olan şirkət konsert zalının bərpa ediləcəyini bildirib

“Crocus City Hall”ın sahibi olan şirkət konsert zalının bərpa ediləcəyini bildirib

“Crocus City Hall”ın sahibi olan “Crocus International” şirkəti terror aktı ilə əlaqədar dərin hüznlə başsağlığı verib və konsert zalının bərpa olunacağını bəyan edib.

Naxçıvan televiziyası TASS-a istinadla xəbər verir ki, şirkətin saytında yerləşdirilən mesajda deyilir: “Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”.

Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. İndiyədək olan məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, yüzdən çox yaralı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM