satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə İŞİD-ə üzv olması şübhəsi ilə 40 nəfər saxlanılıb

Türkiyədə İŞİD-ə üzv olması şübhəsi ilə 40 nəfər saxlanılıb

Türkiyədə İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar həyata keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Bildirib ki, Türkiyənin səkkiz vilayətində eyni zamanda aparılan əməliyyatlar nəticəsində təşkilata üzv olması şübhəsi ilə 40 nəfər saxlanılıb.

Nazir bildirib ki, ötən il iyunun 1-dən indiyədək bu istiqamətdə 1316 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı İŞİD-ə üzv olması şübhəsi ilə 2 733 nəfər saxlanılıb. Onlardan 692-i həbs edilib, 529 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM