satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya təxminən 190 raket və 140 “Şahid” atıb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya təxminən 190 raket və 140 “Şahid” atıb

Bu həftə Rusiya Silahlı Qüvvələri Ukraynaya kütləvi kombinasiya edilmiş hücumlar həyata keçirmək üçün mindən çox raket, bomba və kamikadze dronlardan istifadə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

“Bu həftə ərzində, bazar ertəsindən bu günədək rusiyalı terrorçular 190-a yaxın müxtəlif tipli raketdən və 140-a yaxın “Şahid”dən istifadə ediblər”, – dövlət başçısı bildirib.

O qeyd edib ki, işğalçı qüvvələrin Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra “bir həftə belə olmayıb ki, Rusiya terrordan çəkinsin”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM