satellite   Azerspace-1: 11135 H 30000

Nigerdə fransız liseyi bağlanır

Nigerdə fransız liseyi bağlanır

Nigerin paytaxtı Niameydə 60 ildir fəaliyyət göstərən La Fonten fransız liseyi bağlanır.

Naxçıvan televiziyası Fransa Beynəlxalq Radiosuna (RFİ) istinadla xəbər verir ki, bir il əvvəl 800 şagirdin təhsil aldığı lisey ötən ilin sentyabr ayından distant təhsilə keçib, müəllimlərin sayı azaldılıb. Bu ilin sentyabrında isə təhsil müəssisəsi tamamilə bağlanacaq. Məsələ ilə bağlı Fransa tərəfi rəsmi şəkildə məlumatlandırılıb.

Qeyd edək ki, Fransanın keçmiş müstəmləkələri olmuş Niger, Mali və Burkina-Fasoda son bir ildə fransız dilinin statusu dövlət dili səviyyəsindən işçi dil səviyyəsinə endirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM